Modern.az

Məhkəmə Anar Məmmədli barədə QƏRAR VERDİ

Məhkəmə Anar Məmmədli barədə QƏRAR VERDİ

Aktual

6 May 2024, 11:44

Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat yayıb.

 

O, bildirib ki, A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbsqətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

 

Xatırladaq ki, A.Məmmədli ötən ay saxlanılıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV