Modern.az

Hikmət Hacıyev BMT rəsmisi ilə danışıqlar apardı

Hikmət Hacıyev BMT rəsmisi ilə danışıqlar apardı

Aktual

8 May 2024, 22:49

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçisi, dünya təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin mətbuat xidməti bildirib.

 

Qeyd olunub ki, tərəflərin görüşündə BMTİP-in “Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətdə əsas lider kimi mövqe tutmasına kömək etmək öhdəliyi bir daha təsdiqlənib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV