Modern.az

Köməksiz vəziyyətdə qalan uşaq xilas edildi

Köməksiz vəziyyətdə qalan uşaq xilas edildi

Aktual

9 May 2024, 11:17

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV