Modern.az

Ordubadda qaya uçqunu - FOTO

Ordubadda qaya uçqunu - FOTO

Aktual

9 May 2024, 14:37

Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

 

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qaya uçqunu rayona yağan güclü yağış səbəbindən baş verib.

 

Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.

 

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır