Modern.az

Bu il sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb

Bu il sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb

Aktual

14 May 2024, 13:10

Bu ilin 4 ayında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb.

 

ADY-dən Modern.az-a verilən məlumata görə, nəticədə qatarın pəncərələrinə ciddi ziyan dəyib, sərnişinlərin və qatar heyətinin sağlamlığına təhlükə yaranıb.

 

Məlumata görə, bu əməli törədənlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar.

 

“13-19 may “Təhlükəsizlik həftəsi” hər kəsi təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırırıq. Dəmir yollarında təhlükə törədə biləcək hər hansı halla üzləşdikdə 1822 Əlaqə Mərkəzini zəng edərək bizə məlumat verə bilərsiniz. Təhlükəsizliyi təmin etmək üçün hər kəslə birgə çalışmağa hazırıq”, - məlumatda qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV