Modern.az

Teymur Musayev Talasemiya mərkəzinə icraçı direktor təyin etdi

Teymur Musayev Talasemiya mərkəzinə icraçı direktor təyin etdi

Aktual

21 May 2024, 10:52

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Sərdar Əjdər oğlu Əsədov Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunub.

 

Modernm.az xəbər verir ki, bu barədə qurumun Müşahidə Şurası qərar qəbul edib.

 

Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov bir neçə gün əvvəl öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır