Modern.az

Binanın zirzəmisinə su dolmasının qarşısı alındı - VİDEO

Binanın zirzəmisinə su dolmasının qarşısı alındı - VİDEO

Aktual

22 May 2024, 11:16

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisinə su anbarının zədələnməsi nəticəsində su dolması barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

 

Görülmüş tədbirlər nəticəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...