Modern.az

Azərbaycanda qadınların böyük potensialı var - Komitə sədri

Azərbaycanda qadınların böyük potensialı var - Komitə sədri

Aktual

22 May 2024, 11:33

Ulu Öndər Heydər Əliyevin qadınların inkişafına yönəldilmiş uzaggörən siyasəti bu gün bəhrəsini verir. Ümummilli Liderimiz qadınların cəmiyyətdəki roluna çox böyük önəm verirdi.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, parlamentin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyev Mərkəzində keçirilən “SHE Congress”inin açılışında deyib.

 

“Azərbaycanda qadınların çox böyük potensialı var. Son zamanlar qadınların ölkəmizi bütün sahələrdə uğurla təmsil etməsi buna sübutdur. Biz bu potensialdan daha səmərəli şəkildə istifadə etməliyik”, - deyə komitə sədri vurğulayıb.

 

Hicran Hüseynova çıxışında Azərbaycanda qadın hərəkatının önəmini vurğulayıb. “SHE Congress”inin keçirilməsinin, qadınların toplaşması və bir-birinə dəstək göstərmələrinin vacib olduğunu qeyd edən Hicran Hüseynova, ölkəmizdə xanımların artıq biznes sahəsində də rollarını artırdığını deyib.

 

“Hazırda Prezidentimiz İlham Əliyev tərəfindən qadın siyasətinə böyük diqqət göstərilir. Qadınlarımız azad şəkildə təhsil alır, istədiyi sənətə yiyələnir, siyasətdə, iqtisadi və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Ölkəmizdə qadınların rəqabətədavamlı kadr potensialı mövcuddur ki, bu da çox sevindirici haldır”, - deyə H.Hüseynova əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV