Modern.az

XİN “Diplomatiya könüllüləri” qrupuna qəbul elan etdi

XİN “Diplomatiya könüllüləri” qrupuna qəbul elan etdi

Aktual

24 May 2024, 13:36

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” qrupuna könüllülərin qəbulu elan edilib.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

 

Qəbul üçün son müraciət tarixi cari il iyun ayının 10-dur.

 

Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur.

 

Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat daha sonra elan ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV