Modern.az

Dövlət Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcəklər - FOTO

Dövlət Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcəklər - FOTO

Aktual

28 May 2024, 13:36

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

 

Modern.az xəbər verir ki, Agentlik rəsmiləri Ulu Öndər Heydər Əliyevin Ankaradakı abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

 

Səfər çərçivəsində Türkiyə Respublikası Mədən və Neft İşləri Baş İdarəsi ilə səmərəli əməkdaşlığın təşkili və perspektivlərin dəyərləndirilməsi istiqamətində görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Ankara səfəri iki qurum arasında ötən il imzalanan Niyyət Protokolu əsasında baş tutub.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV