Modern.az

İrlandiya Fələstini müstəqil dövlət kimi tanıdı

İrlandiya Fələstini müstəqil dövlət kimi tanıdı

Aktual

28 May 2024, 16:10

İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İrlandiyanın xarici işlər və müdafiə naziri Mixol Martin bildirib.

 

“Hökumətin bugünkü qərarı Fələstin dövləti ilə tam diplomatik münasibətlərin qurulmasına icazə verir”, - o qeyd edib.

 

M.Martin əlavə edib ki, Fələstinin İrlandiyadakı diplomatik missiyasının statusu Fələstin hakimiyyətinin Dublinə bu rəsmi müraciətindən sonra səfirliyə qədər qaldırılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV