Modern.az

Ötən gün cinayət törədən 49 nəfər saxlanıldı

Ötən gün cinayət törədən 49 nəfər saxlanıldı

Aktual

28 May 2024, 09:30

Mayın 27-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...