Modern.az

Narkotikin təsiri altında maşın sürdü

Narkotikin təsiri altında maşın sürdü

Aktual

29 May 2024, 08:18

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının İsmayıllı rayonu ərazisində keçirdikləri tədbirlər zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Ə.Novruzov işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib.

 

Nəticədə Ə.Novruzovun marixuana istifadə etdiyi müəyyən edilib. Həmçinin, avtomobildə sərnişin qismində olan S.Məmmədovdan marixuana aşkar edilərək götürülüb.

 

Sürücü barəsində protokol tərtib olunub, S.Məmmədov isə maddi sübutla birlikdə İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV