Modern.az

ADY bayramda 53 mindən çox sərnişin daşıyıb

ADY bayramda 53 mindən çox sərnişin daşıyıb

Aktual

20 İyun 2024, 15:10

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində şəhərətrafı və ölkədaxili marşrutlar üzrə 53 mindən çox sərnişini təhlükəsiz daşıyıb.

 

Modern.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ən böyük artım Bakı-Ağstafa-Bakı marşrutu ilə səfər edən sərnişinlərin sayında qeydə alınıb.

 

Bu il bayram günləri münasibətilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilmədiyindən sərnişin sayı ötən ilə nisbətən az olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu