Modern.az

Azərbaycanda sürüşmə və çökmə prosesləri qeydə alınıb

Azərbaycanda sürüşmə və çökmə prosesləri qeydə alınıb

Aktual

3 İyul 2024, 14:02

Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

 

Modern.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib.

 

O qeyd edib ki, yağan yağışlardan sonra şimal bölgəsində Xınalıq kəndindən 2 km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb.

 

Agentlik sədri vurğulayıb ki, hazırda qurumun əməkdaşları həmin ərazilərdə araşdırma və monitorinqləri davam etdirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...