Modern.az

Paşinyan Putinin toplantısına GEDİR

Paşinyan Putinin toplantısına GEDİR

Aktual

6 Sentyabr 2024, 15:36

Ermənistan baş nazir Nikol Paşinyan səviyyəsində BRİKS sammitində iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin  Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarkis Xandanyan bildirib.

Sammit oktyabrın 22-24-də Kazanda baş tutacaq. BRİKS sammitinə Rusiya prezidenti Vladimir Putin sədrlik edəcək.

Bir neçə gün əvvəl Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Ermənistanın sammitdə iştirak edəcəyini bildirsə də, Ermənistan tərəfinin hansı səviyyədə iştirak edəcəyini dəqiqləşdirməmişdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu