Modern.az

Sürücülərə xəbərdarlıq: Bu yolda elektron tərəzi quraşdırılır

Sürücülərə xəbərdarlıq: Bu yolda elektron tərəzi quraşdırılır

Aktual

10 Sentyabr 2024, 16:32

DİNin Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

 

Qurumdan Modern.az-a daxil olan məlumata görə, xəbərdarlıqda deyilir:

 

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.

 

Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu