Azərbaycanda adi ipoteka kreditləşməsinin davam etdirilməsi üçün müvəkkil banklara növbəti limitlər ayrılır.
Modern.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Müraciətlərin qəbuluna noyabrın 13-də saat 15:00-da başlanılacaq. Vətəndaşlara noyabrın 12-dək elektron kabinetlərini formalaşdırmaq tövsiyə olunur.
Müraciətlər “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə qəbul ediləcək. Vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası ilə təsdiqləyə biləcəklər.
Sonradan imtina edilmiş müraciətlər üzrə yaranan qalıq limitlər çərçivəsində isə qəbul cümə günləri saat 12:00-dan etibarən aparılacaq.
Müraciət qaydalarına dair təlimatla Fondun rəsmi saytında və “Mygov” portalının müvafiq bölməsində tanış olmaq mümkündür.