Modern.az

Əbu-Dabi görüşündə tərəflər hansı dildə danışıblar?

Əbu-Dabi görüşündə tərəflər hansı dildə danışıblar?

Aktual

Bu gün, 17:57

Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri rus dilində ünsiyyət qurublar.

Modern.az “URA.RU”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Aleksandr Yunaşev nümayəndə heyətlərindən birinə yaxın mənbəyə əsasən məlumat yayıb.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar noyabrın 10–11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilir.

Görüşlərə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner vasitəçilik edirlər. Rusiya nümayəndə heyətinə Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Rustem Umerov rəhbərlik edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması