Modern.az

Meşədə çətənə əkən şəxs tutuldu

Meşədə çətənə əkən şəxs tutuldu

Aktual

11 Sentyabr 2024, 09:40

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, ondan meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu