Modern.az

İrandan marixuana gətirənlər həbs edildi

İrandan marixuana gətirənlər həbs edildi

Aktual

1 Fevral 2025, 15:28

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar.

Modern.az xəbər verir ki, həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Onlar əvvəlcədən əlbir olaraq narkotiki İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər və Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?