Modern.az

Jurnalist Şəmşad Ağaya 2 ay 10 gün HƏBS VERİLDİ

Jurnalist Şəmşad Ağaya 2 ay 10 gün HƏBS VERİLDİ

Aktual

6 Fevral 2025, 16:46

“Arqument.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.

Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.

Təqdimat təmin olunub, Şəmşad Ağa barəsində 2 ay 10 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada