Modern.az

Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

Aktual

1 Aprel 2025, 18:29

Nigar Fərhadın “Kanal S”də yayımlanan “Sözün bitdiyi an” verilişinin yayımı sabahdan dayandırılacaq. 

 

Modern.az xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında kanalın Baş direktor müavini Ramin Mustafayev bildirib:

 

“Nigar Fərhad sabahdan etibarən efirdə yoxdur. Baş direktor bildirdi ki, onun verilişinin yayımı 02.04.2025 tarixindən dayandırılır”. 

 

Qeyd edək ki, Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub.

 

Bu gün isə Audiovizual Şura “Kanal S”in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?