Modern.az

Bolqarıstanda 50 avtomobil toqquşdu, ölənlər var

Bolqarıstanda 50 avtomobil toqquşdu, ölənlər var

Dünya

Bu gün, 14:50

Bolqarıstanın cənub-şərqində baş verən zəncirvari yol qəzalarında 10-dan çox insan həyatını itirib.

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın BTA agentliyi məlumat yayıb.

Yambol şəhəri yaxınlığında, “Zimnitsa” və “Kabile” yol qovşaqları arasındakı hissələrdə baş verən qəzalarda təxminən 50 minik və yük avtomobili toqquşub. Hadisələr zamanı ərazidə sıx duman olub, görmə məsafəsi məhdudlaşıb.

Azı 27 yaralı bölgədəki xəstəxanalara çatdırılıb. Bəzi şəxslər deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qaldığından xilasedicilər onları çıxarmaq üçün işləri davam etdirirlər.

Əraziyə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin ehtimala görə, qəzalara əlverişsiz hava şəraiti və yol örtüyünün sürüşkən olması səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Putini dəli etdi: Türkiyəni seçdi, Kremlə "yox" dedi