Modern.az

Rusiyada mer SAXLANILDI

Rusiyada mer SAXLANILDI

Aktual

9 İyun 2025, 11:00

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə yerli KİV hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Krasnoyarsk meri rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Mer saxlanılandan sonra Krasnoyarsk administrasiyasında axtarışlar aparılır.

Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Loginovun Moskvaya "etap" olunacağı bildirilib.

Qeyd edək ki, Krasnoyarsk Rusiyanın altıncı, Sibir regionunun isə ən böyük şəhəridir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!