Modern.az

Kral ABŞ-yə səfər edəcək

Kral ABŞ-yə səfər edəcək

Aktual

Bu gün, 17:31

Böyük Britaniya hökuməti Kral III Çarlzın ABŞ-yə səfərindən əvvəl bu ölkənin kəşfiyyat orqanları ilə sıx əməkdaşlıq edir.

Modern.az xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Kir Starmerin baş katibi Darren Cons "Sky News" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, monarx və kraliça Kamillanın təhlükəsizlik məsələlərinə Britaniya tərəfi və Bukinqem Sarayı tərəfindən çox ciddi yanaşılır.

"Əlahəzrətlərin gələn həftə ABŞ-yə səfəri ilə bağlı, əlbəttə ki, təhlükəsizlik xidmətlərimiz amerikalı həmkarları ilə sıx əməkdaşlıq etməyə davam edir", - deyə Cons qeyd edib.

Bu açıqlama Vaşinqtonda baş verən hadisədən sonra verilib.

Kral III Çarlz və Kraliça Kamillanın bazar ertəsi günü ABŞ-yə dörd günlük səfərə gələcəyi gözlənilir. Səfər çərçivəsində Prezident Trampla şəxsi görüş və monarxın ABŞ Konqresində çıxışı nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək