Modern.az

İlham Əliyev videoəlaqə ilə İrəvandakı sammitə QOŞULACAQ

İlham Əliyev videoəlaqə ilə İrəvandakı sammitə QOŞULACAQ

Aktual

Bu gün, 09:44

Azərbaycan Prezidenti İlham Əliyev bu gün videobağlantı vasitəsilə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitinə qoşulacaq.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 Açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin videoçıxış edəcəyi gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin də çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin 8-ci sammiti 4 may tarixində İrəvanda “Gələcəyi qururuq: Avropada birlik və dayanıqlılıq” şüarı ilə işə başlayıb. Sammit iki gün davam edəcək.

Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk sammiti 6 oktyabr 2022-ci ildə Çexiyanın paytaxtı Praqada baş tutub. Bundan sonra sammit ardıcıl olaraq Moldovanın paytaxtı Kişinyovda, İspaniyanın Qranada şəhərində, Böyük Britaniyanın Oksfordşir bölgəsində, Macarıstanın paytaxtı Budapeştdə, Albaniyanın paytaxtı Tiranada və Danimarkanın paytaxtı Kopenhagendə keçirilib.

Avropa Siyasi Birliyi təxminən 50 Avropa ölkəsinin liderlərini bərabərhüquqlu əsasda, birlik ruhu və ümumi məqsəd ətrafında birləşdirir. Bu platforma siyasi dialoqun və əməkdaşlığın inkişafına, ümumi maraq doğuran məsələlərin həllinə, Avropa qitəsində təhlükəsizliyin, dayanıqlılığın və rifahın möhkəmləndirilməsinə xidmət edir. Sammit Avropa liderlərinə təcrübə mübadiləsi aparmaq və əməkdaşlığı genişləndirmək üçün imkan yaradır. O, mövcud heç bir təşkilatı, strukturu və ya prosesi əvəz etmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV