Modern.az

Dalaq yerinə qaraciyərini çıxardı – xəstə əməliyyatda öldü

Dalaq yerinə qaraciyərini çıxardı – xəstə əməliyyatda öldü

Aktual

15 May 2026, 15:14

ABŞ-nin Florida ştatında 70 yaşlı kişinin ölümü ilə nəticələnən tibbi qalmaqal gündəm olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən pasiyentin dalağının çıxarılması planlaşdırılıb.

Əməliyyatı həyata keçirən 44 yaşlı cərrah isə iddialara görə, dalaq əvəzinə xəstənin qaraciyərini çıxarıb. Nəticədə kişi güclü qanaxma keçirərək həyatını itirib.

Hadisədən sonra cərrah özünü təqsirsiz göstərməyə çalışsa da, hüquq-mühafizə orqanları onu ikinci dərəcəli qəsdən adam öldürmə maddəsi ilə həbs edib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır