Modern.az

BMT mühüm iclas keçirəcək

BMT mühüm iclas keçirəcək

Aktual

Bu gün, 13:28

2026-cı ilin iyulunda BMT Baş Assambleyası Nyu-Yorkda Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsinə həsr olunmuş iki günlük yüksək səviyyəli iclas keçirəcək.

Modern.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Prezidenti Annalena Berbok bildirib.

BMT Baş Assambleyasının Prezidenti bildirib ki, sənədin əsas məqsədi inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin inkişafını təşviq etməkdir.

O əlavə edib ki, Yeni Şəhər Gündəliyinin prinsipləri qəbul edildiyi 10 il əvvəl olduğu kimi, bu gün də aktuallığını qoruyur.

“Yeni Şəhər Gündəliyi bizim ortaq yol xəritəmiz olaraq qalmaqda davam edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi