Modern.az

Bakıda fərqli mədəniyyətləri görmək imkanı var - Nigeriyalı nümayəndə 

Bakıda fərqli mədəniyyətləri görmək imkanı var - Nigeriyalı nümayəndə 

Aktual

Bu gün, 12:05

Forum çərçivəsində təşkil olunan “Urban Expo” sərgisinin şəhərsalma və mənzil məsələləri ilə bağlı müxtəlif ölkələrin təcrübələrini bir araya gətir.

Bunu Nigeriyanın Laqos ştatından olan mühəndis Yaya Mumeen Ogidian Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Modern.az-a açıqlamasında bildirib.

“Burada müxtəlif ölkələrin təqdim etdiyi layihələr, xüsusilə mənzilin əlçatan və əlverişli olması istiqamətində nümayiş etdirilən təşəbbüslər böyük maraq doğurur. Fərqli ölkələrin öz mədəniyyətini və yanaşmalarını nümayiş etdirməsi forumun əhəmiyyətini daha da artırır”. 

Nigeriyalı mühəndis onu da əlavə edib ki, Azərbaycana ilk səfəridir və Bakı onda müsbət təəssürat yaradıb.

“Azərbaycan çox zəngin mədəniyyətə malik ölkədir. Burada yalnız Azərbaycan mədəniyyətini deyil, digər ölkələrin də mədəniyyətlərini görmək imkanı əldə edirik. Bu müxtəliflik və beynəlxalq mühit məndə böyük maraq və sevinc yaradır”, - deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi