Modern.az

Avropa Putinlə danışıqlara onları göndərmək istəyir

Avropa Putinlə danışıqlara onları göndərmək istəyir

Dünya

Bu gün, 14:08

Avropa İttifaqı (Aİ) Rusiya ilə mümkün danışıqlar üçün Almaniyanın sabiq kansleri Angela Merkel, Finlandiya Prezidenti Alexander Stubb və İtaliyanın keçmiş baş naziri Mario Draqinin namizədliyini nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri üç diplomat mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas danışıqlarda vasitəçi rolundan imtina edib. Mənbələr bildiriblər ki, Kallasın Rusiyaya qarşı sərt və açıq mövqeyi Kremlin, xüsusilə də Rusiya Prezidenti Vladimir Putinin onun namizədliyinə mənfi yanaşmasına səbəb ola bilər.

“Politico” yazır ki, Avropa İttifaqında hesab edirlər ki, mümkün danışıqlar üzrə nümayəndə həm Aİ ölkələrinin dəstəyini qazanmalı, həm də Kreml tərəfindən etimadla qarşılanmalıdır. Bu səbəbdən Brüsseldə Rusiya ilə münasibətlərdə daha balanslı və təcrübəli siyasətçilərin namizədliyi ön plana çıxarılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir