Modern.az

Azərbaycan şəhərsalması bizim üçün nümunədir - Keniyalı direktor

Azərbaycan şəhərsalması bizim üçün nümunədir - Keniyalı direktor

Aktual

Bu gün, 11:30

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi yenidənqurma və şəhərsalma layihələri bizim üçün ən gözəl nümunədir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Barwaqa Relief Organization şirkətinin icraçı direktoru Balhisa Başir Modern.az-a açıqlamasında bildirib. 

Onun sözlərinə görə, fəaliyyət göstərdikləri Keniyanın Tana River bölgəsində insanlar illərdir susuzluq, yoxsulluq və infrastruktur çatışmazlığından əziyyət çəkirlər:

“Su yoxdursa, həyat yoxdur. Su olmayanda inkişafdan da danışmaq mümkün deyil. İnsanlar nə ev tikə bilir, nə xəstəxana qura bilir, nə də normal yaşayış şəraiti yarada bilir”.

B.Bashir bildirib ki, regionda münaqişələrin əsas səbəblərindən biri də məhz su çatışmazlığıdır. Onun sözlərinə görə, insanlar heyvanlarını otarmaq və su tapmaq üçün bir-biri ilə qarşıdurmaya girirlər:

“Su olmadıqda sülh də olmur. Afrikada bir çox münaqişələrin kökündə məhz bu problem dayanır”.

Keniyadan olan iştirakçı qadınların və qızların yaşadığı çətinliklərə də diqqət çəkib. O bildirib ki, bəzi ərazilərdə qızlar gigiyenik şərait olmadığı üçün məktəbdən uzaq qalır, qadınlar isə tibbi xidmətlərin yoxluğu səbəbindən təhlükəli şəraitdə doğuş etməyə məcbur olurlar.

O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yenidənqurma və şəhərsalma layihələrinin onlar üçün nümunə olduğunu vurğulayıb:

“Azərbaycan Prezidenti əvvəlcə fəaliyyət planı qurub, daha sonra infrastruktur yaradıb. İnkişaf məhz belə başlayır. Mən istəyərdim ki, digər ölkələrin rəhbərləri də gəlib burada görülən işləri öz gözləri ilə görsünlər”.

B.Bashir onu da əlavə edib ki, forumların əsas məqsədi yalnız müzakirə aparmaq deyil, real həll yollarını öyrənmək və tətbiq etmək olmalıdır:

“Biz istəyirik ki, liderlər yalnız konfrans salonlarında oturmasınlar. Azərbaycanda olduğu kimi yerlərə gedib görülən işlərlə yaxından tanış olsunlar”.

Sizə yeni x var
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi