Modern.az

10 ildən sonra insanın maşın sürməsi nadir hala çevriləcək

10 ildən sonra insanın maşın sürməsi nadir hala çevriləcək

Aktual

Bu gün, 12:47

İlon Mask yaxın 10 ildə avtomobillərin böyük hissəsinin süni intellekt tərəfindən idarə olunacağını və insanların özlərinin maşın sürməsinin artıq nadir hala çevriləcəyini bildirib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Mask bu fikirləri İsraildə keçirilən “Smart Mobility Summit” tədbirində videobağlantı vasitəsilə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, yaxın 5-10 ildə avtomobillərin qət etdiyi məsafələrin təxminən 90 faizi pilotsuz idarəetmə sistemləri vasitəsilə həyata keçiriləcək:

“10 ildən sonra, ehtimal ki, avtomobillərin qət etdiyi məsafənin 90 faizi süni intellektlə idarə olunan maşınların payına düşəcək. İnsanların özlərinin maşın sürməsi kifayət qədər niş fəaliyyətə çevriləcək”.

Mask bildirib ki, artıq ABŞ-nin Texas ştatının üç şəhərində təhlükəsizlik sürücüsü olmadan işləyən pilotsuz avtomobillər fəaliyyət göstərir və ilin sonuna qədər bu sistemin ölkə üzrə genişlənməsi planlaşdırılır.

Bununla yanaşı, Teslanin robotaksi layihələri ilə bağlı mübahisələr və texniki problemlər də davam edir. Reuters-in araşdırmasına görə, Dallas və Hyustonda istifadəyə verilən bəzi robotaksilər uzun gözləmə müddəti, marşrut xətaları və məhdud xidmət zonaları səbəbilə tənqid olunur.

Hazırda Teslanın “Full Self-Driving” sistemi tam avtonom idarəetmə səviyyəsinə çatmasa da, şirkət gələcəkdə nəzarətsiz sürüş texnologiyasına keçməyi əsas hədəf hesab edir. Bununla belə, təhlükəsizlik, hüquqi məsuliyyət və texnologiyanın etibarlılığı ilə bağlı suallar hələ də qalmaqdadır.

İlon Mask daha əvvəl də dəfələrlə pilotsuz idarəetmə texnologiyalarının yaxın illərdə tam tətbiq olunacağını açıqlasa da, bir sıra proqnozları reallaşmayıb. Buna baxmayaraq, Tesla avtonom avtomobil bazarında əsas oyunçulardan biri hesab olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi