Yaxın Şərq ölkələri, xüsusilə də Birləşmiş Ərəb Əmirlikləri son hadisələrdən nəticə çıxarmalı və anlamalıdırlar ki, ABŞ-ın hərbi mövcudluğu bütün region üçün təhlükə yaradır.
Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmaeil Baqai bildirib.
“Region ölkələri, xüsusilə də Birləşmiş Ərəb Əmirlikləri son iki-üç ayda baş verən hadisələrdən dərs çıxarmalıdırlar. Çünki ABŞ və sionist rejimin (İsrail nəzərdə tutulur) regiondakı hərbi mövcudluğu yalnız təhlükəsizliyin təmin olunmasına kömək etmir, həm də bu ölkələrin inkişafı və iqtisadi rifahı üçün ciddi təhlükə yaradır”, - deyə o, mətbuat konfransında qeyd edib.
Baqai vurğulayıb ki, İran Yaxın Şərq dövlətlərinin öz ərazilərini “təcavüzkarların ixtiyarına verməsinə” qəti etiraz edir və qonşu ölkələri İslam Respublikasının əleyhdarlarının təsirinə düşməməyə çağırır. O bildirib ki, həmin qüvvələr “region ölkələri arasında ixtilaf yaratmağa çalışırlar”.