Alen Simonyan, digər "Mülki Müqavilə" nümayəndələrinin rəqabətinə baxmayaraq, çox güman ki, Ermənistan Parlamentinin sədri vəzifəsini qoruyub saxlayacaq.
Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Qəzet xatırladır ki, bu vəzifəyə potensial namizədlər arasında "Mülki Müqavilə" fraksiyasının lideri Hayk Koncoryan, Parlamentin sədr müavini Ruben Rubinyan və Ermənistanın ABŞ-dakı keçmiş səfiri və Baş nazir Nikol Paşinyanın baş müşaviri Lilit Makunts da var.
Lakin qəzetin məlumatına görə, Simonyan tərəfdarlarına postunu saxlayacağını söz verib. Lakin qəzetin mənbələri qeyd edib ki, məsələ hələ partiya daxilində rəsmi olaraq müzakirə olunmayıb və son qərarı Paşinyan verəcək.