Modern.az

Cəbhə xəttində vəziyyət necədir? - Durumu müşahidə edən deputatlar danışır

Cəbhə xəttində vəziyyət necədir? - Durumu müşahidə edən deputatlar danışır

Aktual

20 Sentyabr 2014, 10:54


Avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan sərhədində atəşkəs ciddi şəkildə pozuldu.

Azərbaycan ordusu xeyli sayda şəhid verdi. Cəbhəyanı bölgələrdə yaşayan əhali demək olar ki, hər dəqiqə atəş səsləri eşidir, qorxu içində həyatlarına davam edirdilər. Maraqlıdır, 3 günlük “müharibənin” kabusu bitdikdən sonra cəbhə bölgəsində yerləşən rayonlarda vəziyyət indi nə yerdədir?

Modern.az saytı cəbhə bölgəsində yerləşən rayonların deputatlarını danışdırıb.

Milli Məclisin vitse-spikeri, Füzuli rayonundan seçilmiş deputat Bahar Muradova: “Hər gün, hər gecə Füzulinin cəbhə bölgəsindən silah səsləri gəlir. Füzuli təmas xəttinə ən yaxın olan rayondur. İnsanlar əlbəttə, buna görə narahat olurlar. Ancaq buna baxmayaraq, təmas xəttinə yaxın ərazidə yaşayır, işləyir, öz vətəndaş borclarını yerinə yetirirlər. İnsanlar ondan narazıdırlar ki, beynəlxalq ictimaiyyət bu məsələdə adekvat münasibət sərgiləmir. Bu məsələdə vasitəçi dairələr, o cümlədən ATƏT-in Minsk qrupu təsirli tədbirlər görmürlər. Azərbaycan öz üzərinə düşən bütün vəzifələri istər vətəndaşları qarşısında, istərsə də Ermənistanla olan qeyri-konstruktiv mövqeyinə qarşı tutduğu mövqe baxımından maksimum yerinə yetirir. Ancaq bu məsələ bir tək Azərbaycanın imkanları çərçivəsində  həll oluna bilməz. Beynəlxalq hüququn prinsipləri, beynəlxalq təşkilatlar və vasitəçilər tərəfindən qorunmalıdır. Məhz beynəlxalq hüququn prinsiplərinin, bütövlükdə Helsinki Yekun Aktının 10 prinsipinin Füzulidə, eləcə də kənarda yaşayan qaçqın-köçkünlərin hüquqlarının pozulmasına göz yumulmasından narazılıq edirlər. Hər dəfə bizim qarşımıza tələblər qoyurlar ki, Azərbaycanın bu məsələdə dözümlülük göstərməsi artıq yetər. Biz öz sözümüzü deməliyik. Onların hər biri bu ciddi sözün arxasında dayanmağa hazırdır və Ali Baş Komandanın əmri ilə torpaqların azad olunmasında iştirak etməyə hazırdırlar. Bəzi hallarda onların narazılığı bundan ibarət olur ki, ordumuzun gücü, iqtisadi hərbi qüdrəti böyükdür. Ona görə də çox dözümlülük göstərmək lazım deyil. Amma bu məsələdə anlayış göstərirlər. Əks təqdirdə o torpağa, yurda, oradakı maddi-mədəniyyət abidələrimizə bu dərəcədə sevgiylə yaşamaq olmazdı”.

114 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən seçilmiş deputat Elman Məmmədov:
“Sentyabrın 14-ü və 15-i Tərtər istiqamətində cəbhə bölgəsində oldum. Atəş səsləri arada eşidilirdi. Qarşımızdakı işğalçı dövlətin ordusudur. Təbii ki, onlar həmişəki kimi nə atəşkəs rejiminə əməl edirlər, nə də yalançı monitorinqlərə məhəl qoyurlar. Mütəmadi olaraq hətta dinc əhaliyə, əkin sahələrinə, örüşə çıxan heyvanlara atəş açırlar. Ancaq Azərbaycan ordusu həmişə olduğu kimi ayıq-sayıqdırlar və mövqelərində möhkəm dayanıb. Düşmənin hər bir atəşi layiqincə cavablandırılır. Azərbaycan ordusunun son günlər qardaş Türkiyə dövləti ilə  keçirdikləri təlim də güclü təşvişə salıb. Srağagün və dünən axşam Ağdam istiqamətində atəşkəs pozmuşdular. Ancaq həmin anda cavab atəşi ilə susdurulublar. Mənə elə gəlir ki, bu məsələlərə o vaxt son qoyulacaq ki, Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə onları İrəvana qədər qovacaq, təslim edəcək. Yəqin ki, ondan sonra bu atəş səsləri dayanacaq”.

119 saylı Ağdam kənd seçki dairəsindən seçilmiş deputat Bəxtiyar Sadıqov: “Sentyabrın 15-də Ağdamda 2 məktəbin açılışı oldu. Eyni zamanda musiqi kollecində də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərimiz oldu. Ən xoşumuza gələn məqam o oldu ki, cəbhə bölgəsindəki son gərginlikdən sonra artıq sabitlik var. İnsanlarda ruh yüksəkliyi, öz ordusuna, dövlətinə inamı var. İnsanların üzü gülürdü. Bizə xoş oldu ki, biz ilk dəfə məktəbə gedən şagirdlərlə, onların valideynləri ilə görüşdük. Onu da bildirim ki, həmin məktəblər cəbhənin 1 addımlığında olan məktəblərdir. Bu qədər ki, uşaqlar, ailələr yaşayır, bu olduqca xoş haldır. Artıq insanlar normal həyata qayıdıblar. Baxmayaraq ki, hərdən atəşkəs pozulur, insanlar yaşayırlar, oxuyurlar, təhsil alırlar. Eyni zamanda, məhsul yığımı da olur. Bunlar da insanların iqtisadi güzəranına təsir edən məqamlardır. Bu il Ağdamda 7 nəfər ali hərbi məktəbə, 15 nəfər isə hərbi məktəblərə daxil olub. 22 nəfər ağdamlı özünə hərbçi peşəsini seçib. Bu da xoşagələn faktlardan biridir. Cənab prezident Ağdama gələndə, 5.2 milyon manat vəsait ayrılıb. Kəndlər arası yollar abadlaşdırılır. Bunlar insanların dövlətə inanmasıdır, normal yaşayışa qayıtmasıdır. Yeni gələn nəsil dövlətimizin gələcəyi üçün vacibdir. Biz torpaqları sülh yolu ilə azad edə bilməsək, bizim ordumuz var. Məcburi köçkün ailələri hərbə həvəs göstərir. Onlar çalışırlar ki, öndə olaraq, Ali Baş Komandan əmr verdiyi halda, bütün qoşunun önündə torpağın azad olunması uğrunda döyüşə, mübarizəyə atılsınlar”.

Ulduz İBRAHİMOVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı