Modern.az

Məşhur UFC döyüşçüsü Arsax bayrağını götürmür - VİDEO

Məşhur UFC döyüşçüsü Arsax bayrağını götürmür - VİDEO

Aktual

Bu gün, 21:09

Sosial şəbəkələrdə UFC-nin tanınmış erməni əsilli döyüşçüsü Arman Tsarukyanın yer aldığı görüntülər geniş müzakirələrə səbəb olub.

Modern.az xəbər verir ki, yayılan videoda at belində olan idmançıya yaxınlaşan şəxslərdən biri ona qondarma "Arsax"ın bayrağını uzadır. Lakin görüntülərdə Tsarukyanın həmin bayrağı götürmədiyi görünür.

Videoda erməni dilində səslənən "Ənini tur, haykanakany" ("Onu ver, erməni bayrağını") ifadəsindən sonra idmançıya Ermənistan bayrağı təqdim edilir. Sosial şəbəkələrdə yayılan paylaşım da "Arman Tsarukyan Arsax bayrağını götürmür" başlığı ilə dərc edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada