“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.
Modern.az xəbər verir ki, İqtisadiyyat.az-ın məlumatına görə, bununla bağlı qurum sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Aydan Qurbanova QSC-nin Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinin rəisi, Rəsul Rzayev isə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Digər əmrlə Rəşad İbrahimov Bakı metrosunun Satınalma şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.