Modern.az

Gürcüstan 55 əcnəbini deportasiya etdi - Azərbaycan vətəndaşları da var

Gürcüstan 55 əcnəbini deportasiya etdi - Azərbaycan vətəndaşları da var

Aktual

Bu gün, 13:22

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər 55 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.
Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İraq, Pakistan, Rusiya, Sudan, Somali, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları var.

Deportasiya olunan şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Qeyd edək ki, Gürcüstanda son dövrlər qanunsuz miqrasiyaya qarşı mübarizə gücləndirilib. Parlament miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və qanunsuz miqrantlarla bağlı yoxlama prosedurlarını sadələşdirib. Daxili İşlər Nazirliyi hər ay onlarla xarici vətəndaşın ölkədən çıxarıldığını açıqlayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Moskvaya dəhşətli hücum başladı - Ölənlər var