Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov avqust ayının 4-də vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Qarabağlı kənd sakinləri ilə səyyar qəbul keçirib.
Modern.az xəbər verir ki, RİH başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib.
Qəbul zamanı rayon rəhbəri rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların qaldırdıqları məsələləri diqqətlə dinləyərək onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli qısa müddətdə mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətə götürülməsi tapşırılıb.