Ermənistanın Sünik vilayətində 3 maqnitudalı zəlzələ qeydə alınıb. Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar avqustun 4-də yerli vaxtla saat 11:54-də Sisian şəhərindən 23 kilometr cənub-qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə təkanların gücü 4 bal olub.
Yeraltı təkanlar Sisian və Dastakert şəhərlərində, həmçinin Arevis, Tanaat, Tasik, Salvard və Torunik kəndlərində 2-3 bal gücündə hiss edilib.
Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.