Modern.az

Yol polisi piyadalara qarşı reyd keçirib - VİDEO

Yol polisi piyadalara qarşı reyd keçirib - VİDEO

Aktual

Bu gün, 17:54

Piyadaların təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən piyadaların məsuliyyətinin artırılması, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə növbəti profilaktik tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir Şıx çimərliyi ətrafında, Bayraq Meydanı yaxınlığında və 20-ci Sahə yaşayış massivində baş tutub.

Tədbir zamanı yaxınlıqda yerləşən yerüstü və yeraltı piyada keçidləri olduğu halda onlardan istifadə etməyən, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yollarda hərəkət etməklə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan piyadalar müəyyən edilərək saxlanılıblar. Onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi və bunun insan həyatının qorunmasındakı mühüm rolu barədə ətraflı məlumat verilib. 

Bu istiqamətdə ölkəboyu polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Pezeşkiandan istefa açıqlaması eşidildi