"Bakı metropoliteni yeni 9 stansiyanın tikintisinə başlayacaq".
Modern.az xəbər verir ki, bu barədə "oxu.az"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, hazırda bununla bağlı danışıqlar aparılır:
"Bənövşəyi" xətt üzrə 5, "yaşıl" xətt üzrə isə 4 stansiyanın tikintisindən söhbət gedir. Yaxın vaxtlarda həmin stansiyaların tikintisi üzrə müsabiqə elan olunacaq. Müsabiqənin qalibləri müəyyən ediləndən sonra stansiyaların tikintisinə start veriləcək. Stansiyaların tikintisinə gələn ildən başlanacaq. 9 stansiya 2030-cu ilə qədər tikilib istifadəyə veriləcək".