Modern.az

Türkiyə parlamentinin sədri “Terrorsuz Türkiyə” qanun layihəsini imzaladı

Türkiyə parlamentinin sədri “Terrorsuz Türkiyə” qanun layihəsini imzaladı

Aktual

4 Avqust 2026, 20:10

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Milli Həmrəyliyin və İctimai Bütövləşmənin Gücləndirilməsi haqqında” qanun layihəsini imzalayıb.

Modern.az xəbər verir ki, sözügedən sənəd “Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanıb.

Qanun layihəsinin məqsədi ölkədə milli həmrəyliyin möhkəmləndirilməsi və ictimai bütövləşmənin gücləndirilməsi istiqamətində hüquqi mexanizmlərin yaradılmasıdır.

Layihə imzalandıqdan sonra qanunvericilik prosedurlarına uyğun olaraq Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada yenə deportasiya başladı - Azərbaycanlılar ölkədən QOVULDU