ABŞ-nin 25 ştatı Prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi yeni idxal rüsumlarına görə məhkəməyə müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, ştatlar Ağ Evin ABŞ Ali Məhkəməsinin əvvəllər ləğv etdiyi idxal rüsumlarını yeni tariflər vasitəsilə faktiki olaraq bərpa etməyə çalışdığını iddia edirlər.
Ötən ay ABŞ 59 ölkə və Avropa İttifaqından idxal olunan məhsullara ikirəqəmli tariflər tətbiq edib. Vaşinqton bu addımı həmin ölkələrin məcburi əməkdən istifadə olunmaqla istehsal edilən məhsulların idxalına qarşı kifayət qədər mübarizə aparmaması ilə əsaslandırıb. Yeni rüsumlar Ali Məhkəmənin qərarından sonra qüvvədən düşmüş müvəqqəti tariflərin müddəti başa çatan kimi qüvvəyə minib.
İddia ərizəsinə Arizona, Kaliforniya, Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Kentukki, Massaçusets, Merilend, Men, Miçiqan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Şimali Karolina, Oreqon, Pensilvaniya, Rod-Aylend, Virciniya, Vermont, Vaşinqton və Viskonsin ştatları qoşulub.