Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana yollanıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan səfər çərçivəsində Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək.
İclasda Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat və digər regional məsələlərin müzakirə olunacağı gözlənilir.
Paşinyan Qırğızıstana səfər etdi