Modern.az

Ermənistan parlamentində maaş mübahisəsi

Ermənistan parlamentində maaş mübahisəsi

Aktual

Bu gün, 12:38

Ermənistan parlamentində deputatların əməkhaqqı, mükafatları və mandatdan imtina məsələləri ətrafında müzakirə aparılıb.

Modern.az xəbər verir ki, hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Sisak Qabrielyan müxalifətdəki "Güclü Ermənistan" fraksiyasının deputatı Aram Vardevanyana bir sıra suallar ünvanlayıb.

Qabrielyan Vardevanyandan hansı hallarda deputat mandatından imtina edəcəyini soruşub.

Vardevanyan cavabında bildirib ki, ilk halda "Güclü Ermənistan" fraksiyası belə qərar qəbul edərsə, mandatını heç bir tərəddüd etmədən təhvil verəcək.

"Əgər "Güclü Ermənistan" fraksiyası qərar qəbul etsə ki, mandatımı təhvil verməliyəm, bunu bir an belə tərəddüd etmədən edəcəyəm. Hesab edirəm ki, bu, fraksiyamızın bütün deputatları üçün əsas prinsip olmalıdır", – deyə o bildirib.

O, ikinci səbəb kimi növbədənkənar parlament seçkilərinin keçirilməsini göstərib. Vardevanyanın sözlərinə görə, belə halda deputat mandatı avtomatik olaraq başa çatacaq.

Müzakirə zamanı Sisak Qabrielyan müxalif fraksiyanın deputat maaşları və mükafatları ilə bağlı mövqeyini də soruşub.

Aram Vardevanyan bildirib ki, fraksiyanın bu məsələ ilə bağlı aydın mövqeyi var.

"Əməkhaqqı məsələsində Samvel Karapetyan istisnadır. Mükafatlara gəlincə isə, hər hansı deputat formal olaraq mükafat alsa belə, həmin vəsait tam şəkildə xeyriyyə məqsədlərinə, xüsusilə soydaşlarımızın problemlərinin həllinə yönəldiləcək. Bu proses tam şəffaf olacaq. Bu sahədə yeni şəffaflıq standartı formalaşdırmaq istəyirik", – deyə o vurğulayıb.

Vardevanyan əlavə edib ki, bu vəsaitlərin necə xərclənməsi ictimaiyyət üçün açıq olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakı Putini dəliyə döndərdi - Bayramov Ukraynada bu şəxslə görüşdü