“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) həvalə edilib.
Modern.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.