ABŞ-də keçirilən rəy sorğusu göstərib ki, amerikalıların yarısı ABŞ-İran qarşıdurmasının Yaxın Şərqdə ciddi sabitsizliyə səbəb olacağına inanır.
Modern.az xəbər verir ki, "Reuters/Ipsos" tərəfindən keçirilən sorğuya əsasən, respondentlərin 50 faizi münaqişənin regionda vəziyyəti daha da gərginləşdirəcəyini düşünür.
Sorğu iştirakçılarının yalnız 17 faizi hesab edir ki, hərbi əməliyyatlar Yaxın Şərqdə daha çox sabitlik yaradacaq. Respondentlərin 16 faizi isə münaqişənin bölgədə əhəmiyyətli dəyişikliklərə səbəb olmayacağını bildirib.
Araşdırma həmçinin göstərib ki, ABŞ-ın İranla münaqişəsi amerikalılar arasında geniş dəstəyə malik deyil. Belə ki, sorğuda iştirak edənlərin cəmi 35 faizi bu qarşıdurmanı dəstəklədiyini ifadə edib.