Modern.az

Pezeşkian Xamenei ilə 7 saatlıq görüşün detallarını açıqladı

Pezeşkian Xamenei ilə 7 saatlıq görüşün detallarını açıqladı

Aktual

Bu gün, 16:44

İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xamenei ilə son görüşünün təfərrüatlarını açıqlayıb.

Modern.az xəbər verir ki, Pezeşkian görüşün təxminən 7 saat davam etdiyini bildirib.

“Onun yanında təxminən yeddi saat olduq və ölkənin bütün məsələləri barədə danışmaq imkanımız oldu”, – İran Prezidenti deyib.

Pezeşkianın sözlərinə görə, görüşdə əsas diqqət əhalinin sosial-iqtisadi problemlərinə yönəlib. Tərəflər insanların yaşayış şəraiti, bazardakı vəziyyət, məşğulluq və mənzil məsələlərini müzakirə ediblər.

Prezident bildirib ki, görüşdə ölkə daxilində birlik və həmrəyliyin qorunması məsələsinə də toxunulub. Onun sözlərinə görə, hazırkı şəraitdə bu məsələ hər şeydən daha vacibdir.

Pezeşkian mövcud problemlərə görə İran xalqından üzr xarakterli açıqlama da verib:

“Mövcud çatışmazlıq və problemlərə görə xalqımız qarşısında xəcalət çəkirik. Ancaq bütün varlığımızla onlara xidmət edəcəyik və əlimizdən gələn heç bir işi görməkdən çəkinməyəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar